background
Haqqımızda

“İnformasiya gücdür” və “İnformasiya əlçatan olmalıdır”

Haqqımızda

Techtonas sizi salamlayır

10+ il təcrübəyə sahib Techtonas şirkəti İT konsaltinq, Sistem interqsiyası, İT outsourcing, İT infrastruktur və Proqram təminatı sahələrində bazar payına sahib İT şirkətlərindən biridir. Techtonas telekomunikasiya, neft və qaz, dövlət qurumları, informasiya təhlükəsizliyi, səhiyyə və nəqliyyat sahələrində geniş həllər təklif edir. Şirkət və qurumların fəaliyyətinə ən yaxşı təsir edəcək rəqəmsal transformasiya həlləri tətbiq edərək, informasiya texnologiyaları dövründə, davamlılığın daha da təkmilləşdirilməsi üçün ən yaxşısını etməyi hədəfləyir. Sıfırdan A-dan Z-yə İT infarstrukturunu quraraq partnyor və distribütor olduğu həlləri ən yaxşı şəkildə tətbiq etmək və bunun məsuliyyətini dərk edərək İT həllər sahəsində dünya standardlarında çalışmaqdır.

Yola çıxış. “İnformasiya gücdür”“İnformasiya əlçatan olmalıdır”. Techtonas olaraq bu iki fikri əsas alaraq sizə informasiya sistemlərinin qurulması və idarə olunması xidmətlərini təklif etmək üçün yola çıxdıq. 10+ il informasiya sahəsində təcrübəmiz və qlobal sertifikatlara sahib peşəkar komandamızla geniş xidmət şəbəkəsinə sahibik. Bu xidmət çeşidliliyi bizə hər bir həlldə sizin yanınızda olmağa, sizə kömək etməyə imkan verir. Belə ki, biz sizə sadəcə yerli bazar üçün deyil, həm də qlobal bazarda sınanmış həllər təklif edirik. Təcrübələrimiz bizə həllə daha tez çatmağa kömək edir.

Hədəf. Artıq Azərbaycan dünya bazarında öz sözünü deyəcək gücə sahibdir. Və bugün ölkəmizdə dünya şirkətləri bazar payı əldə etmək üçün mübarizə aparır. Torpaqlarımızda sülh hakim olur. Bu qürur bizə “Vahid Azərbaycan” hədəfimizə daha da yaxınlaşdırır. Yola çıxarkən bu hədəfimiz tumurcuq idi, bugün isə hər təcrübəmizlə, hər tamamlanmış layihəmizlə daha da böyüyür. Bizim hədəfimiz Azərbaycanın hər yerində, hər kəndində, hər qəsəbəsində informasiyaya çatmaqdır. Bunun üçün də sənaye və təsərrüfat sahələrini xüsusi diqqət altına almışıq. Daim bu sahələrə uyğun həllər axtarışındayıq. Ucqar yerlərdə olan kənd təsərrüfatı, zavod, fabrik və emalatxanaların informasiyaya çatması və Azərbaycanın bütün informasiya şəbəkəsinə sahib ola bilməsi bizim üçün bir qürurdur.

Həllər. Biznesin idarə olunması, avtomatlaşdırılması və informasiya tamlığının təmin olunması böyük maliyyə, insan və texnoloji resurslar tələb edir. Bunları əsas alaraq biz xərclərin azaldılması, məhsuldarlığın artırılması, təhlükəsizliyin təmin edilməsi, informasiya itkisinin qarşısının alınması və biznes-proseslərinin avtomatlaşdırılması üçün kompleks həllər təklif edirik. Uzun illərin təcrübəsi ilə əldə etdiyimiz bilik və bacarıqları, şirkət və qurumların fəaliyyətinə ən yaxşı təsir edəcək rəqəmsal transformasiya həlləri tətbiq etmək, informasiya texnologiyaları dövründə davamlılığın daha da təkmilləşdirilməsi üçün ən yaxşısını etməyi hədəfləyirik. Biz informasiyanın ötürülməsi üçün şəbəkə infarstrukturunun qurulması, məlumat mərkəzlərinin qurulması, təhlükəsizlik sistemlərinin qurulması, proqram təminatlarının hazırlanması və tətbiqi, avadanlıqların gətirilməsi və qurulması üzrə həllər təqdim edirik.

Distribyutorluqlar. Hədəf və həllərimizə uyğun olaraq dünya bazarında yerini almış və davamlılıq göstərən şirkətlərin distribyutorluqlarını alırıq və hər keçən gün almağa davam edirik. Belə ki, sənaye sahəsində və kiçik-orta biznes, müəssisə və IoT tətbiqlərinin şəbəkə infrastrukturu üçün IP-əsaslı şəbəkə avadanlıqları və həllərinin təminatçısı PLANET Technology Corporation, sənaye və iri müəssisələrdə şəbəkə avadanlıqları, şəbəkə təhlükəsizliyi avadanlıqları, bulud həlləri təminatçısı Ruijie Networks, çirkab su, sənaye və ətraf mühit bazarları üçün ultrasəs ölçmə cihazları təminatçısı Pulsar Measurement distribyutorluqlarına sahib olduğumuz əsas markalar arasındadır.

Etika. Techtonas olaraq bütün işlərimizi qanunlara uyğun şəkildə aparmaq, əməkdaşlarımıza, müştərilərimizə, tədarükçülərimizə və iş ortaqlarımıza qarşı dürüst, şəffaf, tərəfsiz, əxlaqlı və peşəkar davranmaq, nüfuzumuzu və inamlılığımızı qorumaq barədə qərarlıyıq. Bu qərarlılığımız çərçivəsində əməkdaşlarımızı seçərkən daha diqqətli oluruq. Əməkdaşlarımızdan da eyni qərarlığı göstərməklərini və həm bizə, həm də müştərilərimizə qarşı davranış qaydalarına əməl etməklərini gözləyirik.